Külli miqdarda narkotik satışında ittiham olunan şəxs 15 il azadlıqdan məhrum edilib

0
11

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin və psixotrop maddələrin satışında ittiham olunan Elməddin Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məhkəmənin hökmü ilə E.Əzizov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü E. Əzizov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

Belə ki, onun üzərində şəxsi axtarış aparılan zaman 11,930 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Onun Xətai rayonunda kirayədə qaldığı evə baxış zamanı əlavə 24 kiloqram 885 qram heroin, 1 kiloqram 870 qram tiryək, 3 kiloqram 275 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub.

Araşdırma zamanı müəyyən olunub ki, Elməddin Əzizov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Masallı rayonu ərazisində qəbul edib və Çaxırlı kəndində yarımtikilidə gizlədib. Daha sonra Elməddin Əzizov narkotik vasitələri paytaxta gətirərək kirayə yaşadığı evdə saxlayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code