“Fitch”: Azərbaycan iqtisadiyyatı gələn il 3,3% böyüyəcək

0
7

Xatırladaq ki, cari ilin may ayında “Fitch Ratings” agentliyi Azərbaycanda bu il iqtisadiyyatın 2,1%, 2022-ci ildə isə 2,9% artacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Dünya Bankının bu yaxınlarda dərc olunmuş Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında Azərbaycanda ÜDM-in bu il 5% 2022-ci ildə 3,1%, 2023-cü ildə isə 2,7% böyüyəcəyi qeyd olunub. Asiya İnkişaf Bankının sentyabr proqnozunda isə cari il ölkədə iqtisadiyyatın artım tempinin 2,2%, 2022-ci ildə isə 2,5% olacağı deyilir.

Əlavə edək ki, 2020-ci ildə COVID-19 pandemiyası fonunda Azərbaycan iqtisadiyyatı 4,3% kiçilib. Son məlumatlara görə, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatı 3,6% böyüyüb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code