Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun mətbuat attaşelərinin Şuşaya səfəri başlayıb.
Səfər çərçivəsində mətbuat attaşeləri Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri ziyarət edəcəklər, o cümlədən Cıdır düzündə olacaqlar.
Diplomatik korpusun nümayəndələri Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.