Koronaviruslu xəstələrin xəstəxanaya yatırılması kriteriyaları yenilənəcək

0
11

“Koronaviruslu xəstələrin xəstəxanaya yatırılması kriteriyaları pandemiya başlandığı gündən təsdiq olunub”. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib. 

O bildirib ki, xəstəxanaya yatış prosesi saturasiya səviyyəsinə, xəstədə yanaşı xəstəliklərin mövcudluğuna, yaşa və digər kriteriyalara görə tənzimlənir: “Onun əsasında da təcili yardım briqadalarında iş davam edir. Amma bunu yeniləməkdə əlbəttə ki, fayda var. Müəyyən dəyişikliklər ediləcək”.

V. Qurbanov COVİD-19 xəstələrinə psixoloji dəstək göstərildiyini də deyib: “Amma bu sahə üzrə müraciət kifayət qədər azdır”.

O, özəl müəssisələrin koronavirusla mübarizəyə cəlb edilməsi prosesinə də münasibət bildirib: “Xəstə sayı artdığı dövrdə bir çox özəl müəssisə bu prosesə qoşulmuşdu. Amma hazırda bizim dövlət səhiyyə tibb müəssisələrində vəziyyət elədir ki, özəl tibb müəssisələrinin cəlb olunmasına ehtiyac yoxdur. Kifayət qədər yataq sayımız var. Bizim pandemiya müəssisələrinə cəlb olunan mütəxəssislər, əsasən, tabeliyimizdə olan dövlət tibb müəssisələrində çalışanlardır”.

V. Qurbanov qeyd edib ki, pandemiya ilə bağlı strategiya Səhiyyə Nazirliyi tərəfindən tənzimlənir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code