Vaksinlər yeniyetmələrdə də yan təsirlər yarada bilər, yalnız bir halda ki… – ekspertlər danışdı

0
8

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Səhiyyə nazirliyindən verilən məlumata görə isə hazırda Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq.

 Bildiyiniz kimi peyvənd vurulan bəzi insanlarda yan təsirlər müşahidə olunur, bəs görəsən yeniyetmələrdə bu yan təsirlər nə dərəcədə ola bilər?

 Mövzu ilə bağlı Moderator.az ekspertlərə müraciət etdi:
 Pediatr Günay Rəsulova peyvəndlərin yan təsiri ola biləcəyini qeyd edir: 

“Necə ki, böyüklər peyvənd olunub, uşaqlar da olunmalıdır. Uşaqlarda da yan təsirlər ola bilər, amma bu qorxulu və ya təhlükəli deyil, xəstəliyin özü qədər ağır fəsadlara gətirib çıxartmır. Buna görə valideynlərə tövsiyə edirəm ki, narahat olub, uşağa peyvənd vurdurmaqdan imtina etməsinlər”.
Pediatr qeyd edib ki, uşaqlarda peyvənddən sonra qızdırma və əzələ ağrıları da ola bilər:
“Xəstəliyə aid yüngül şikayətlərin olması da labüddür. Bu peyvəndə qarşı bədənin cavabıdır və təbii prosesdir. Bu cavabın olması bədəndə bir xəstəliyə qarşı antitellərin, qoruyuculuğun  yaranmasının göstəricisidir. Qətiyyən təhlükəli deyil, adətən bir neçə gün ərzində o ağrılar da keçib gedir. Əlbəttə ki, əgər uşaqda peyvəndə qarşı hər hansı reaksiya, allergiya, yan təsirlər müşahidə olunarsa, bu zaman təcili müdaxilə edilməlidir. 


Onu da qeyd edim ki, bu reaksiyalardan heç kəs sığortalanmayıb. Hətta bəzən adi kiçik  qidaya allergiyası olan uşaqlar da var ki, onlara qarşı profilaktik peyvəndlər aparılmır.  Əslində bu xüsusiyyətlər peyvəndə əks göstəriş yaratmır. Bu yaş qrup uşaqlrın xəstəlikləri daha ağır keçirmə ehtimalları var. Bu xəstəlikdən qorunmaq üçün vaksin vaci və əhəmiyytlidir.

  
 
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov  isə qeyd etdi ki, peyvəndlənmə əhalinin tədricən bütün qruplarını əhatə etməlidir:

“Həm risk qrupu olaraq, həm də digər  faktorlara görə yaşlı adamlardan başlanıldı, sonra getdikcə yaş qrupu azalmağa başladı.  Koronavirus yoluxucu xəstəlikdir. Əgər bütün insanlar peyvəndlənmə prosesindən keçməzsə yaxud hər hansı formada insanlarda  immun müdafiə qurulmazsa onda kütləvi qorunma çətin olar. Əhali orta hesabla 60-70 faizi heç olmasa antitelə sahib olmalıdır ki, immunitet olsun. Bu baxımdan şirkətlərin  araşırmaları yeniyetmələrə vurulması bir sıra ölkələrdə çoxdan başlayıb. 

İnfeksiyon Xəstəliklər və Klinik Mikrobiologiya Uzmanı Nazxanım Qasımova peyvəndi öncə yaşlılara sonra digər yaş kateqoriyalılara vuruldu, indi yeniyetmələrin zamanıdır:
 “Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.
12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Tədricən  bütün yeniyetmlər və uşaqlar da vaksinasiya olunacaq. Bu heç bir ağrı vermir. Peyvəndə vuranda ağrı yaranır. Lakin gəlin düşünək, həyati təlhlükə daha vacibdir yoxsa ağrı? Bu bütün dünyada belədir. Uşaqların peyvənd vurulması vacib və zəruridir”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code