Prezidentin “dəmir yumruğ”-nu öpmək istəyən sənətkar: “Bu mənim arzum idi, amma…”

0
14
“Cənab prezidentlə dünən Cəbrayılın işğaldan azad olunduğu tarixdə elə Cəbrayılda görüşdük. Müharibə bitəndə arzu etmişdim ki, cənab prezidentlə görüşsəm onun “dəmir yumruğu”-nu öpəcəyəm. Çünki bizim bütün bu torpaqlarımız o “dəmir yumruğ”-un rəhbərliyi altında, əsgərlərimizin, şəhidlərimizin sayəsində azad olundu. Bu mənim arzum idi, amma prezident buna imkan yaratmadı, məni bağrına basdı. Bu gün bütün dünyada üzümüz ağdır, biz heç nədən utanmırıq. Mən də, İlkin Əhmədov da prezidentimiz üçün oxuduq. Prezident ifamızı çox gözəl qarşıladı, bizə təşəkkür etdi”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Yaqut Abdullayeva bildirib. O daha sonra əlavə edib.
 
“Mən Cəbrayıl rayonunun özündənəm. 1973-cü ildə təhsilimlə əlaqədar olaraq Bakıya gəlmişəm. Amma hər il, hər ay Cəbrayıla gedirdim. Sonuncu dəfə 1993-cü il avqust ayının 13-də Cəbrayılda olmuşam. O zaman artıq bütün rayonumuzu zəbt etmişdilər, hamı köçüb gəlmişdi. Getdim, evimizə də baxdım. Bacım oğlu müharibədə şəhid olmuşdu, onu dəfn edib qayıtdıq. Bu günlər keçmişdə qaldı. Artıq bütün torpaqlarımız azad olunub. Cəbrayıla ayaq basanda keçirdiyim hissləri sizə çatdıra bilmərəm, bu hisslərin adı yoxdur. Uzağı 1 ilə hər şey inanıram ki, çox yaxşı olacaq və biz doğma torpaqlarımıza qayıdacağıq” deyə əməkdar artist bildirib.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code