Əməkdar həkim Elmira Əliyevanın doğum günüdür!

0
62

Elmira Ağa-Baba qızı Əliyeva Bakı şəhərində çoxuşaqlı ailədə doğulub. Azərbaycan Tibb Universitetini mama-ginekoloq ixtisası üzrə bitirib. Uzun müddət səhiyyə sistemində mama-ginekoloq vəzifəsində, 2011-2018-ci illərdə isə Bakı Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışıb. 2018-ci ildə ərizəsinə görə işdən azad edilib. Hazırda təqaüdçüdür. Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin və medonline.az saytının Redaksiya Şurasının üzvüdür. E.Əliyeva Azərbaycan Respublikasının Əməkdar həkimi adına layiq görülüb, qabaqcıl səhiyyə təşkilatçısıdır.
Oktyabrın 2-si dəyərli Elmira xanımın doğum günüdür. Biz, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvləri, medonline.az saytının Redaksiya Şurasının üzvləri və əməkdaşları adından Elmira Əliyevanı doğum günü ilə əlaqədar təbrik edirik.
Hörmətlə,
Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru.

Taryel Eyvazov,
Azərbaycan Tibb Universitetinin dosenti, medonline.az saytının Redaksiya Şurasının sədri, Əməkdar həkim
01.10.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code