“Çətin də olsa bu günlərdə həyat yoldaşımın məzarını taparaq ona qisasının alındığını dedim”

0
18

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. Hazırda vətəndaşlar Şəhidlər və II Fəxri Xiyabana üz tutur şəhidlərimizi yad edirlər. 

 

Moderator.az xəbər verir ki, Əməkdar artist Gülüstan Əliyeva Birinci Qarabağ döyüşlərində şəhid olmuş, Daxili İşlər Nazirliyinin zabiti Zahid Əhmədovun məzarını taparaq həyat yoldaşını ziyarət edib:

“Çətin də olsa bu günlərdə həyat yoldaşımın məzarını tapdım. Orada çox qəribə bir vəziyyətlə üzləşdim. Ermənilər o qədər vəhşilik törədib ki, heç məzarları, qəbirləri belə tapmaq mümkün deyildi.  Yoldaşımın dəfn olunduğu yeri yadımda saxladığıma görə, güclədə olsa onu tapdım.

O, Hacı Qaraman ziyarətgahında dəfn edili. Sentyabrın 17-də onun, ölümündən 30 il  keçmişdi. Onun dəfn tarixindən10 gün sonra Azərbaycanın igid oğulları torpaqlarımızı düşməndən azad etdilər. Bu gün isə biz qələbəmizi qeyd edirik. Çox şükür ki, şəhidlərimizin qanı yerdə qalmadı. Yoldaşımın məzarı üstünə gedib, ona qisasının alındığını dedim”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code