“Biz qəhrəman millətik, erməni faşizmini bütün dünyada ifşa etdik…”

0
20
“Biz vətənə bağlı adamlarıq və bu ruhda da mahnılar oxuyuruq. Hələ ki, işğaldan azad edilən yerlərimizə getməmişəm, bunun üçün gərək dəvət olsun. Bu gün həm sevinirik, həm də qəbliyik. Bir dəqiqəlik sükutla şəhidlərimizi yad etdik. Ölkəmiz də hər kəs o qayda-qanunlara riayət edir”
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Zaur Rzayev deyib. Müğənni erməni faşizmini bütün dünyada ifşa etdiyimizi bildirib: 
 
“Mən də xalqımızın qələbəsinə sevinirəm. Bununla yanaşı, mən 22 il Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs ansamblının rəhbəri olmuşam. Cəbhə bölgələrinə səfər etmişəm. Mənim bu sahədə yetərincə xidmətlərim var. 
 
Ona görə bu gün hamı kimi mən də sevinirəm, qürur hissi keçirirəm ki, erməni faşizmini bütün dünyada ifşa etdik. Şəhidlərimizi görəndə adamın ürəyi qan ağlayır. Biz millət kimi böyük, qəhrəman millətik. Düşümənin arxasında duran dövlətlər var. Bizim də yanımızda qardaş Türkiyə kimi bir dövlət var. Biz öz sözümüzü dedik. Sağ olsun, var olsun Ali Baş Komandanımız”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code