Şəhidlərin xatirəsinə həsr olunmuş bulağın açılış mərasimi keçiriləcək

0
49

Füzuli rayonunun Fin qəsəbəsində  adı qeyd olunan rayon  İcra Hakimiyyətinin, “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin və “”Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri”tictimai birliyinin Füzuli rayon şöbəsinin birgə təşkilatçılığı,  “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin   RF-nın Rostov nümayəndəliyinin rəhbəri, həmçinin, Rusiya Azərbaycanlıları “Birlik” Konqresinin Rostov vilayəti üzrə vitse-prezidenti xanım Leyla Əhmədovanın maliyyə dəstəyi ilə şəhidlərin əziz xatirəsinə həsr edilən bulağın açılış mərasimi keçiriləcəkdir. Açılış mərasimində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri Şamil Sabiroğlu,  Birliyin RF-nın Rostov nümayəndəliyinin rəhbəri Leyla Əhmədova,  Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmv, habelə, ziyalılar, mətbuat nümayəndələri, rayon sakinləri, şəhid ailələri və qazilər iştirak edəcək.

medonline.az xəbər verir ki, Füzuli rayonunun Fin qəsəbəsində şəhidlərin xatirəsinə həsr olunmuş bulağın açılış mərasimi 25 sentyabr 2021-ci il saat 15:00-da keçiriləcəkdir. 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code