ABŞ Dövlət katibi Senatda Əfqanıstanla bağlı ifadə verəcək

0
12
ABŞ dövlət katibi Entoni Blinken ABŞ ordusunun Əfqanıstandan çıxarılması ilə bağlı Senat qarşısında ifadə verəcək. 
 
Medonline.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.
 
Qəzetin yazdığına görə, diplomat ABŞ hərbi kontingentinin Əfqanıstan ərazisindən çıxarılmasına dair ifadə vermək üçün Senatın Xarici Əlaqələr Komitəsinə gələcək. Sentyabrın 14-də onun iştirakı ilə iclas keçiriləcək. 
 
Qeyd olunur ki, dinləmələrin məqsədi Dövlət Departamentinin Kabildən təxliyə zamanı gözlənilməz hallara hazırlıqsız olmasının səbəblərini aydınlaşdırmaq olacaq.
 
Komitəyə sədrlik edən Demokrat Robert Menendez hökumətin ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə “Taliban” arasındakı uğursuz danışıqları, ölkənin hazırkı lideri Co Bayden administrasiyasının koordinasiya etdiyi ABŞ-ın geri çəkilmə əməliyyatını nəzərdən keçirəcəyini söyləyib. 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code