COVID pasportu soruşmadıqları üçün kafedə dava saldı

0
16

Qubada 3 gün öncə kafeyə gedən dostlar yeyib-içdikdən sonra obyektin icarədarı ilə mübahisə ediblər. Belə ki, onlar COVID-19 pasportları olmadan içəri buraxdığına görə sahibkarı söyüblər.

Hadisə sentyabrın 3-də rayonun Timiryazev qəsəbəsində yerləşən çay evində, saat 23:00 radələrində baş verib. 

Çay evinin icarədarı məhkəmədə ifadə verərək deyib ki, sentyabrın 3-də tanımadıqları bir neçə nəfər çay evində pivə içiblər: “Sonra onlardan biri mənə yaxınlaşıb niyə vaksin olunması barədə COVID pasportu olmadan onları içəri buraxıb, xidmət etdiyimizi soruşdu. Mən də onların masasının yığışdırılmasına göstəriş verdim, həmin şəxslər çay evində uca səslə nalayiq söyüşlər söyüblər. Mən də polis çağırdım”.

Məhkəmədə ifadə verən Hafiz Qulamov (şərti) həmin vaxt içkili olduğu üçün özünü təqsirli bilmədiyini deyib: “Araq içdikdən sonra dostum Tahirlə pivə içməyə çay evinə getdik. Orada qışqıra-qışqıra söyüşlü zarafatlar eləyirdik. Çay evinin sahibi bizim etdiyimiz hərəkətə görə əvvəlcə stolu yığışdırdı, sonra da polis çağırdı. Bu zaman polislə aramızda mübahisə yarandı. Mən də özümdə olmadığım üçün söyüş söydüm. Elədiyim əməldən dolayı peşmanam və bir daha belə hallara yol verməyəcəyəm”.

Quba rayon məhkəməsinin hakimi İlqar Məmmədovun hökmü ilə Hafiz Qulamov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code