“Bakıda polisin ayaqları arasından sürünərək çıxıb dedi ki…”

0
7

Latviyanın Xalq artisti Laima Vaikule və Rusiyanın Xalq artisti Oleq Qazmanov Azərbaycanla bağlı xatirələrini bölüşüblər.

“Qafqazinfo” xəbər verir ki, onlar Birinci Kanalın efirində “Səs 60+” yarışmasına qatılan azərbaycanlı Tünzalə Qəhrəmanın çıxışına şərh verərkən Bakı ilə bağlı maraqlı əhvalatlar danışıblar.

“Bakıda başıma gülməli bir hadisə gəldi. Konsertdə çoxlu insan vardı, polislər ətrafda bir neçə cərgə ilə dayanmışdılar. Və birdən bir qadın polisin ayaqları arasından sürünərək çıxdı və dedi: “Laima, mənə avtoqraf verin, mən çoxuşaqlı anayam”. Onun yerinə çox qorxdum, çünki onu tapdalaya bilərdilər. Bakıda çox temperamentli insanlar yaşayır”,- deyə Laima Vaikule qeyd edib.

Oleq Qazmanov oğlu Rodionun ilk dəfə böyük səhnəyə məhz Bakıda çıxdığını qeyd edib. Vurğulayıb ki, bu hadisə 1988-ci ildə Yaşıl Teatrda baş verib: “O zaman 6 yaşlı Rodion məndən daha məşhur idi. O, orada “Lyusi” mahnısını Bakısayağı oxumuşdu”.

O.Qazmanov həmçinin deyib: “Mənə elə gəlir ki, Bakıda peşəkar olub- olmamasından asılı olmayaraq hamı oxuyur. Bütün oxuyanlar çox istedadlıdırlar. Orada hamı professionaldır. Bakı- günəşli şəhər”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code