Səyirici Aritmiya nədir?- Əsas əlamətləri

0
18

Son zamanlar soruluşan çox saylı sualları nəzərə alaraq bu gün Səyirici aritmiya(atrial fibrilyasiya)haqqında məlumat vermək istəyirəm.

Normada ürək bir mənbədən(sinus düyünündən)çıxan elektrik impulsun təsirindən ritmik şəkildə yığılır.Səyirici aritmiya zamanı isə ürəkdə nizamsız yığılmalar olur.
 
Bir yox bir neçə mənbədən eyni anda impuls gəldiyi üçün adətən ürək döyünmələr çox olur.Ürək yığılmaları ritmik yox,xaotik olduğu üçün ürəyin içərisində qan axımı zəifləyir və durğunluq yaranır.
 
Bu da trombların yaranmasının əsəs səbəblərindən biridir.Ürək daxilində yaranan tromb ürəkdən çıxaraq qan dövranı ilə müxtəlif orqanlara gedə bilər.
 
 
????️Ən çox rast gəlinən fəsadlarından biri beyin damarlarının tutulması nəticəsində insultun yaranmasıdır.
 
 
Daha çox rast gəlinən əlamətləri:
 
 
????Nizamsız və yüksək ürək döyünmə, ????Halsızlıq,
????Təngnəfəslik,
????Tez yorulma,
????Sinədə ağrı.
 
Bəzi hallarda səyirici aritmiya zamanı heç bir simptom müşahidə olunmaya bilər.Belə hallarda aritmiya təsadüfi müayinə zamanı və ya hər hansı bir fəsad ortaya çıxdıqda müəyyən olunur.
 
 
Çox rast gəlinən aritmiya növüdür. Yaranmasının adətən tək bir səbəbi olmur, bir çox faktorların təsiri olur:
 
 
????️Hipertoniya xəstəliyi
????️Ürəyin qapaq xəstəlikləri
????️Ürək çatışmazlığı
????️Koronar damarların tutulması
????️Qalxanabənzər vəz(zob)xəstəlikləri
 
Səyirici arimiya davamlı və paroksizmal(qisa epizodlar şəklində)ola bilər. Davamlı olduqda elektrokardioqram vasitəsilə diaqnoz qoyulur.
 
Paroksizm şəklində olduqda isə Holter cihazı taxilaraq 24 saatlıq izləmə ilə diaqnoz qoymaq mümkündür.
 
-Səyirici aritmiyanın müalicəsində məqsəd ürək ritmini bərpa etmək(sinus ritmi),əgər bu mümkün deyilsə ürək döyünmələrin sayına nəzarət etmək,tromb yaranmasının qarşısını almaq və insult riskini azaltmaqdır.
 
– Bioloji tənzimləyici terapiya ilə səbəbə yönəlmiş müalicə apararaq ürəyi qorumaq və yaranacaq ağırlaşmaların qarşısını almaq mümükündür.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code