Yeni tədris ili başlayır: Məktəblərdə yeni qaydalar necə olacaq? – VİDEO

0
24
Yeni tədris ili yaxınlaşdıqca pandemiya dövründə təhsil müəssisələrində tətbiq ediləcək qaydalar daha çox müzakirə mövzusuna çevrilir. Tədris prosesinə cəlb olunan müəllimlərin vaksinasiyası vacib şərtdir. Pasportu olan şəxslər isə rahat tədrisə cəlb olunacaqlar. Çünki onlar digər şəxslərə risk yaratmayacaqlar. Respublika üzrə təhsil işçilərinin 220 min nəfərindən 140 minə yaxınına koronavirus əleyhinə peyvəndin hər iki dozası vurulub. 35 minə yaxın təhsil işçisi, əks göstərişlə bağlı arayış təqdim edib.

Medonline.az “Xəzər TV”yə istinadən xəbər verir ki, valideynlər də ənənəvi tədrisinin başlamasını səbrsizliklə gözləyir. Digər tərəfdən isə infeksiyasının sürətlə artması onları narahat edir.
 
Buna görə də müəllimlərin vaksinasinasiya olunmağının daha çox tərəfdarıdırlar.
 
Bir sözlə, həmişə təhsilin yükünü çiynində daşıyan müəllimlərin üzərinə indi də daha bir məsuliyyət əlavə olunub. İndi onlar uşaqların gələcəyi naminə mütləqdir ki, vaksinasiyadan keçsinlər. Əks təqdirdə epdimioloji vəziyyət ağırlaşarsa ənənəvi tədrisin bərpası da sual altına düşə bilər.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code