Gənc müəllimlərə çağırış: sağlam bədəndə sağlam ruh!

0
21
15 iyul 2021-ci il tarixindən etibarən “Mars Overseas Baku LTD” MMM-in (Pepsi
Azerbaijan) maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə
“Gənc müəllimlərə çağırış: sağlam bədəndə sağlam ruh!” – gənc müəllimlər arasında futzal
yarışı” layihəsinin icrasına start verilmişdir.
Layihə çərçivəsində ilk öncə komandalardan sifarişlər qəbul edilmişdir. Daha sonra da
Şamaxı şəhərində təlim-məşq seminarına start verilmişdir. Bu tədbir 2 gün davam edib. Tədbirdə
ölkənin 20 şəhər və rayonunda çalışan gənc müəllimlərindən ibarət 16 komandanın 40 üzvü
iştirak etmişdir.
Təlim-məşq seminarının əsas məqsədi gənc müəllimlərə futzal oyun qaydaları haqqında
nəzəri və praktiki bilik və bacarıqlar aşılamaqdır. Daha sonra bu tədbirə qatılan gənc müəllimlər
təlim-məşq seminarında əldə etdikləri yeni bilik və bacarıqları öz komanda yoldaşları ilə
paylaşdılar.
18 avqustdan etibarən isə oyunlara start verilmişdir.
Yarışda 1-ci yeri tutan komandaya idman forması, medal, diplom və kubok, 2-ci yeri tutmuş
komandaya idman forması, medal və diplom, 3-cü yeri tutmuş komandaya isə idman forması,
medal və diplom, bundan başqa isə bir neçə nominasiyalar üzrə diplomlar veriləcəkdir.
Bütün komandalara uğurlar diləyirik!
#AGMA #Eduaz #futzal #Pepsi #MaksimumDad
















Medonline.az

27.08.2021

 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code