3-cü doza ilə bağlı önəmli açıqlama: Antitel səviyyəsini 3 qat artırır

0
20
Koronavirusa qarşı vurulan üçüncü doza vaksin antitel səviyyəsini 3 dəfədən çox artırır.
 
Medonline.az xəbər verir ki, “Pfizer”ın yayımladığı yazılı açıqlamaya görə, aparılan araşdırmalarda məlum olub ki, ikinci dozadan beş və ya səkkiz ay sonra vurulan üçüncü doza antitel səviyyəsini 3 dəfə artırır.
 
Hələ ki, bütün detalları ilə yayımlanmayan araşdırmada üçüncü dozanın yan təsirlərinin ikincidən fərqli olmadığı da bildirilib.
 
Qeyd edək ki, “Pfizer-BioNTech” vaksininin üçüncü dozası ABŞ-da yalnız 12 yaş və yuxarı immun sistemi xəstəliyi olanlarda istifadəsinə icazə verilir.
 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code