Gürcüstanda koronavirusla bağlı daha bir MƏHDUDİYYƏT

0
21
Bu gündən etibarən Gürcüstanda kafe və restoranlar saat 23:00 əvəzinə saat 22:00-da bağlanacq.
 
Medonline.az xəbər verir ki, bu barədə qərarı Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.
 
Bununla yanaşı, qida obyektlərində pandemiya dövrünün tələblərinə əməl olunmasına ciddi nəzarət davam etdiriləcək.
 
Digər qərarla sentyabrın 2-də Batumidə futbol üzrə dünya çempionatının seçim mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan-Kosovo matçına tamaşaçılar buraxılmayacaq.
 
Qeyd edək ki, qonşu ölkədə ağır epidemioloji vəziyyət hökm sürür. COVID-19-a gündəlik yoluxma sayı 5-6 min təşkil edir, ölüm halları kəskin artıb.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code