Bakıda iki yeni vaksinasiya məntəqəsi yaradıldı

0
16
Peyvəndləmə ilə bağlı Nərimanov və Xətai rayon əraziləri üzrə şəhər poliklinikalarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əlavə vaksinasiya məntəqələrinin fəaliyyətinə zərurət yaranıb.
 
Səhiyyə Nazirliyindən Medonline.az -a verilən məluamata görə, bu məqsədlə Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası (ünvan: Əliağa Şıxlinski küç, 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası (ünvan: Faiq Yusifov küç, 37) vaksinasiya prosesinə cəlb edilib.
 
Adı çəkilən məntəqələrdə vaksin olunmaq üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürməlidirlər.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code