Türkiyə və Azərbaycan əsgərləri Kabildə çiyin-çiyinə xidmət edir – FOTOLAR

0
12

“Taliban”ın ələ keçirdiyi Kabildə təxliyə prosesi davam edir. Türkiyə və Azərbaycan əsgərləri Həmid Kərzai Beynəlxalq Hava Limanında çiyin-çiyinə xidmət edirlər.

Medonline.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkəni tərk etmək istəyən əfqanlar təxliyə olunmaq üçün hava limanında gözləyirlər. Hava limanının təhlükəsizliyinə 24 saat ərzində nəzarət edən Azərbaycan və Türkiyə əsgərlərinə “tək millət, iki dövlət” anlayışı ilə çiyin-çiyinə xidmət edir, ehtiyacı olanlara kömək edirlər.

Azərbaycan əsgərlərindən Anaz Babayev “Əfqanıstanda vəzifəmizin başındayıq. Türk qardaşlarımızla birlikdə xidmət edirik” – deyə bildirib.

Bir aya yaxın Kabildə olduqlarını söyləyən digər Azərbaycan əsgəri Səxavət Kazımov “Türk əsgərləri ilə eyni bölgədə çalışırıq. Ailəmə və bütün əsgər ailələrinə salam deyirəm. Hər şey çox yaxşıdır. Ümid edirəm ki, ölkəmizə sağ-salamat qayıdacağıq” – deyib, salamlarını çatdırıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code