Azərbaycanda yaradılacaq vaksinlə bağlı AÇIQLAMA – VİDEO

0
12

Azərbaycanda yerli vaksinin yaradılmasına başlanıb.

Medonline.az xəbər verir ki, Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev “Xəzər Xəbər”ə deyib ki, bu ayın 15-dən etibarən Türkiyədə üzərində çalışdığı hüceyrə xətləri Azərbaycana gətirilib.

Bu işi yerinə yetirmək üçün əvvəlcə COVID-19 viruslarını insan vücudundan kənarda hüceyrə kulturasında infektə etmək lazımdır. Daha sonra biotexnoloji olaraq çoxaltmaq vacibdir.

Professor əlavə edib ki, tədqiqat potensiallı gənclər və Cənubi Azərbaycandan gəlmiş öz tələbəsi ilə birlikdə həyata keçirilir. Həmçinin prosesin texniki və təchizat tərəfləri ilə bağlı müvafiq institutlarla görüşülür və onların imkanları dəyərləndirilir.

İşlərin nə zaman yekunlaşacağı bilinmir.

Adil Allahverdiyev onu da qeyd edib ki, vaksinin yaradılması Azərbaycanda tibb sənayesinin irəli aparılması üçün ən vacib addımlardan biridir. Bu sahə inkişaf edərsə, Azərbaycanın iqtisadi olaraq asılılığı azalacaq və ölkənin gəliri artacaq.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code