Tibbi müayinədən keçirmədən, heç bir sual verilmədən vətəndaşlara kor-koranə vaksin vurulmasına səbəb nədir?

0
30

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin Sinovac Biotech (SVA.O) şirkəti tərəfindən istehsal olunan COVID-19-a qarşı CoronaVac peyvəndini təcili istifadə üçün təsdiqləyib. Azərbaycanda da tətbiq edilən bu vaksin barədə nə məlumdur? Vaksinin əks təsirləri və fəsadları nələrdir?

Ötən ilin sentyabr ayında Sinovac şirkətinin təmsilçisi olan cənab Yin qeyd edib ki, 1000 könüllü üzərində testlər aparılıb və onlardan 5 faizindən çox olmamaqla bəzilərində sadəcə “az yorğunluq və ya narahatlıq” qeydə alınıb.

Lakin ölkəmizdə də tətbiq olunan bu vaksin vurulduqdan sonra vətəndaşların əksəriyyətində baş, əzələ ağrıları, qızdırma və s. kimi əlamətlər qeydə alınıb.

Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı öz twitter hesabında paylaşım edərək bildirib ki, bu əlamətlər əks təsir deyil, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

O qeyd edib ki, vaksin istehsal edən şirkət tərəfindən peyvəndin yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.

Bəs nə üçün vaksinasiya zamanı tibbi müayinədən keçirmədən, heç bir sual verilmədən kor-koranə vətəndaşlara bu vaksin vurulur?

Vətəndaşlar arasında apardığımız kiçik miqyaslı bir  sorğu nəticəsində məlum oldu ki, vaksin olunan vətəndaşların əksəriyyətində yalnız baş və əzələ ağrıları deyil, eyni zamanda bir neçə gün davam edən güclü qızdırma, qusma, mədə – bağırsaq sisteminin pozulması kimi aktiv həyat fəaliyyətini yetərincə məhdudlaşdıran əlamətlər özünü göstərib. Bunların səbəbi nədir? Nə üçün bu mövzu heç kimi maraqlandırmır?

Redaksiyadan: Biz, bu mövzuya qayıdacağıq.

Şamil Sabiroğlu,

Könül Həsənli

Medonline.az

21.08.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code