SMA daşıyıcısı olduğunuzu necə bilməli? – Xəstəliyin tipləri

0
13
Genetik bir xəstəlik olan SMA (Spinal Musküler Atrofi) bütün dünyada geniş yayılıb. ÜST-ün statistikasına görə, hər 30 nəfərdən 1-i daşıyıcı, hər 10 min nəfərdən 1-i isə SMA xəstəsidir.
 
Medonline.az xəbər verir ki, SMA-nın yaranması üçün hər iki genin mutasiyası olmalıdır. Valideynlərdən hər ikisinin bu mutasiyanı daşıması, doğacaq uşağın SMA olma riskini 25 faiz artırır.
 
Ümumiyyətlə, bir şəxsin SMA olub-olmadığını qan testləri ilə öyrənmək olar.
 
SMA, ağır dərəcədə gücsüzlük və nəfəs problemlərinə səbəb olur.
 
Xəstəliyin tipinə görə ağırlığı dəyişir. Ən ağır forması TİP 0-dır.
 
Bu haldakı xəstələr doğulandan etibarən ağır dərəcədə gücsüzlük və ciddi nəfəs problemləri ilə qarşılaşırlar.
 
Ən çox rastlanılan Tip 1 SMA da isə əlamətlər ilk 6 aydan başlayır.
 
Tip 2-də isə əlamətlər 6 ilə 18-ci aylarda ortaya çıxır. Bu xəstələr adətən dəstək olmadan gəzə və ya otura bilməzlər.
 
Tip 3 SMA isə 18 aydan başlayır. Bu xəstələr özləri gəzə bilirlər amma irəli yaşlarda pillakan çıxmaqda çətinlik çəkə və yeriməni ya itirə bilərlər.
 
 
Daşıyıcı olub-olmadığınızı isə yalnız testlərlə müəyyən edə bilərsiniz
 
SMA ölkəımizdə də rastlanılan xəstəlik olduğu üçün valideynlər daşıyıcı olmaları ilə bağlı testlər verib, yoxlanılmalıdırlar.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code