Niyə koronavirusdan ölən kişilərin sayı daha çoxdur? – SƏBƏB

0
12

Hormonal sistemin xüsusiyyətlərinə görə kişilərin koronavirusdan ölmə ehtimalı daha yüksəkdir.

 
Medonline.az Modern.az-a istinadən xəbər verir ki, bunu rusiyalı tanınmış həkim allergoloq-immunoloq Vladimir Bolibok deyib.
 
 
Onun sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır:
 
“Kişilərdə antitelin yaranma səviyyəsi bir qədər aşağıdır. Qadınların immun sistemi virusun özünə çatır, antitellərin yoluxmuş hüceyrələrə nüfuz etməsi asan olur. Qadınların bu xüsusiyyətinin mənfi tərəfi də var: daha çox antitellər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərinə tutulma ehtimalı müşahidə olunur”.
 
Həkim, həmçinin qeyd edib ki, COVID-19-a qarşı immunitet təxminən səkkiz ay davam edir.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code