“Taliban” Türkiyəyə səsləndi: Sizə ehtiyacımız var

0
28

Əfqanıstanı yenidən inşa edəcəyik. Bu məsələdə ən çox ehtiyac duyduğumuz Türkiyədir”.

Medonline.az xəbər verir ki, “Taliban” sözçüsü Suheyl Şahin belə açıqlama verib. O bildirib ki, müharibələr Əfqanıstanda ciddi dağıntılara yol açıb. Sözçü deyib:

“Biz Əfqanıstanı hər sahədə yenidən inşa edəcəyik. Bu məsələdə ən çox Türkiyəyə ehtiyacımız var. Türkiyə ilə yaxın münasibət saxlamışıq. Türkiyə bizim üçün önəmlidir. Türkiyə həm də dünyanın güclü ölkəsidir. Digər tərəfdən türklərin Əfqanıstanla bağlılığı heç bir ölkə ilə müqayisə edilə bilməz. ABŞ-la davam edən 20 illik müharibə başa çatdı. Güc və iqtidar üçün deyil azadlığımız üçün mübarizə apardıq”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code