Taliban Qəndəhar və Heratdakı Hindistan konsulluqlarına BASQIN ETDİ

0
34

Taliban hərəkatının silahlıları Hindistanın Əfqanıstanın Qəndəhar və Herat şəhərlərindəki bağlı konsulluqlarında axtarış aparıblar.

Medonline.az xəbər verir ki, bu barədə cümə günü NDTV telekanalı məlumat yayıb .

“Taliban bu həftənin əvvəlində Qəndəhar və Heratdakı Hindistan konsulluqlarında axtarış aparıb, sənədləri ələ keçirib. Diplomatik nümayəndəliklərin yaxınlığında park edilmiş avtomobilləri müsadirə edib” telekanal belə bildirib.

Hindistanın Qəndəhar, Herat, Məzari-Şərif və Cəlalabad şəhərlərindəki konsulluq ofisləri, işçilərinin köçürülməsindən sonra bağlanıb. Diplomatların göndərilməsindən sonra iş Əfqanıstan dövlət qulluqçuları tərəfindən təmin edilməyə başlanılıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code