Millət vəkili: “Prezidentin azad olunmuş ərazilərə səfəri düşmənə cavabdır”

0
13

Ermənistan tərəfindən sərhəddə ən çox gərginlik yaratdığı ərazi Kəlbəcər rayonuna düşür. Ermənilər müxtəlif təxribatlara əl ataraq Kəlbəcər ərazisini gərginlik altında saxlamaqla sərhədlərin delimitasiya və demarkasiyasından yayınmaq istəyirlər.

Medonline.az xəbər verir ki, bu sözləri millət vəkili Azər Badamov saytımıza açıqlamasında deyib. O bildirib ki, Prezident İlham Əliyevin Kəlbəcərə səfəri həm tarixi əhəmiyyət daşıyır, həm də bu səfərlər düşmənlərə cavabdır:

“Prezident İlham Əliyevin Kəlbəcərə səfərinin tarixi əhəmiyyəti olduğunu düşünürəm. Biz bilirik ki, Ermənistan tərəfindən sərhəddə ən çox gərginlik yaratdığı ərazi Kəlbəcər rayonuna düşür. Ermənilər müxtəlif təxribatlara əl ataraq Kəlbəcər ərazisini gərginlik altında saxlamaqla sərhədlərin delimitasiya və demarkasiyasından yayınmaq istəyirlər. Prezident İlham Əliyev isə düşmənlərə cavab olaraq bu əraziyə səfər edir, mühüm strateji obyektlərin təməlini qoyur və Kəlbəcərdə dövlət bayrağımızı qaldıraraq etdiyi çıxışında biz harda lazımdırsa, orada dayanmışıq və harada lazım olacaqsa, orada dayanacağıq bəyan edərək ermənilərə, həm də onların havadarlarına qəti cavabımız və sərt mövqeyimizi açıqlayır. Bu həm də rus sülhməramlıların məsuliyyət zonasında törədilən təxribatlara bir işarədir.”

Azər Badamov: Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət  iqtisadi fəallığı bərpa etməyə imkan verəcək

Millət vəkili deyir ki, ermənilərin yenidən təxribatların törətməsinin səbəbini onların ağalarına arxayınlaşmasından irəli gəlir.

“Prezident İlham Əliyev Murovdan Araz çayına qədər bütün sərhədimizdə ordumuzun mövqelərinin möhkəmləndirdiyini və qazanılmış zəfərimizin möhkəmləndirilməsinə davam edəcəyimizini deməklə ermənilərə arxa dayanaraq bölgədə gərginlik yaratmağına çalışan qüvvələrə bir mesaj göndərdi. Əslində, Azərbaycanla üz-üzə dayanmağına və təxribatlar törətməyinə ermənin nə hərbi, nə də iqtisadi gücü yoxdur. Ermənilərin yenidən təxribatların törətməsi və revanşizmə ruhlanması özlərinin ağalarına arxayınlaşmasından irəli gəlir. Ermənilərin ağaları bilməlidir ki, Bakıda açılmış Hərbi Qənimətlər Parkında bir az boş yer saxlamışıq. Əgər erməniləri yenidən hərbi toqquşmaya sövq edərlərsə, verdiyiniz hərbi texniklar yenidən məhv edilərək Hərbi Qənimətlər Parkımızın boş saxladığımız yerlərdə nümayiş olunacaqdır.”

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code