Rusiyanın gözündən düşən Paşinyan, ÇARƏ AXTARIR: Ermənistan KTMT-nin “qapısını” niyə buraxmır?

0
20

Azərbaycan və Ermənistan dövlət sərhədləri arasında demarkasiya və delimitasiya problemləri həll olunmayıb. Ermənistan həmişə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı- KTMT-ni Azərbaycana qarşı yönəltməyə çalışıb, ancaq onun belə səyləri fayda verməyib. Belə çağırışlarla demarkasiya və delimitasiya prosesini ləngitməklə prosesi uzatmaq və qazanılmış müddətdə vəziyyəti öz xeyrinə çevirməyə ümid edirlər”.

 

Bu fikirləri Medonline.az-a politoloq Yeganə Hacıyeva bildirərək qeyd etdi ki, indi də Ermənistan baş naziri “Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhədçilərinin dayaq məntəqələri, eləcə də KTMT-nin monitorinq missiyası yerləşdirilməsinə çağırış edir və həm də əlavə edir ki, “KTMT tərəfindən belə missiyanın həyata keçirilməsi mümkün deyilsə, bizim üçün başqa beynəlxalq formatlar, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində formatlar məqbuldur” və s. Siyasi şərhçi deyir ki, Ermənistan əvvəllər də dəfələrlə KTMT-nin regional təhlükəsizliyin təmin edilməsində rolu mövzusunda təklifləri həmişə məhz ölkəsinin işğal faktının dəstəklənməsi istiqamətində formalaşdırırdı. Onun bu istiqamətdə məqsədlərinin həyata keçmədiyi vaxtlarda isə KTMT-nin bir qurum kimi rolu və səmərəliliyi haqqında danışmağa başlayırdı.

“44 günlük Vətən müharibəsi ərəfəsi, günləri və sonrası isə Ermənistan açıq aşkar KTMT-ni bu məqsədlə müxtəlif təxribatlara çəkdi və bunu davam etdirir. Məsələn keçən il Ermənistanın Azərbaycanla sərhəd Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri iyulun 12-dən başladığı hərbi təxribatlar günü KTMT-nin Daimi Şurasına “KTMT üzv ölkələrin təhlükəsizliyin təmin edilməsi kimi müraciəti əsasında iclas çağırmışdılar və digər iştirakçı ölkələrin etirazı ilə iclas təxirə salınmışdı. Bir sözlə Ermənistan KTMT üzvü kimi, təşkilat üçün həmişə təhlükə yaratmaq və müttəfiq ölkələri hərbi əməliyyatlara cəlb etmək təşəbbüsü həmişə olub. Ermənistan həmişə hərbi-siyasi ittifaq olan KTMT üzvlərinin bir-biri qarşısında öhdəlikləri olmasını amilini KTMT-nin Ermənistanın işğal amilini də dəstəkləməlidir kimi anlayır və bunun təbliğatını açıq aparıb”.

Politoloq vurğuladı ki, Paşinyan Azərbaycan və Ermənistan dövlət sərhədlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı-KTMT və ya ATƏT-in Minsk Qrupu çərçivəsindətərəfindən qorunmasını kimi təqdim etsə də reallıqda bu belə deyil.

“Digər tərəfdən Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı -KTMT-dən başqa ATƏT-in Minsk Qrupu çərçivəsində köməyə çagırması, həm də Qarabağın statusu ilə bağlı xülyalarla bağlıdır. Bu üzdən bu ölü qurumun həmsədr ölkələrinin rəsmilərindən Daglıq Qarabagın statusuna dair fikirlərin səsləndirilməsi də təsadüfü deyil. Digər tərəfədən 44 günlük Vətən müharibəsindən sonra Ermənistan daxilində belə bir təbliğat gedir ki, Rusiya ilə forpost olmaq uğurlu strategiya deyilmiş, Azərbaycan kimi balanslı siyasət daha doğru imiş. İndi də güya belə “balanslı” mövqeləri ilə öz vəziyyyətlərini daha da çətinləşdirdiklərinin fərqində də deyillər. Lakin onu da qeyd etməliyəm ki, Ermənistan 16 sentyabr 2021-ci ildən etibarən 2 il müddətinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına -KTMT sədrlik edəcək”.

Yeganə Hacıyeva fikirlərinə əlavə etdi ki, Ermənistanın daxili auditoriyasında belə fikirlər səslənir ki, bu ölkə KTMT-yə iki il sədrlik etməsindən yaralanıb, anti-Azərbaycan addımlarını gücləndirməlidir. Sözsüz ki, onlar bu iki ildə hər fürsətdən də Azərbaycana qarşı maksimum yararlanmağa çalışacaqlar.

“Bu həftə Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş bölgəsinin Voskepar (Əskipara) kəndində Rusiya sərhəd qoşunlarının zastavasının yerləşdirildiyini təsdiqlənib. Sosial medianın erməni siqmentində şəkillər də paylaşılıb. Onu qeyd edim ki, bu kənd Yuxarı və Aşağı Əskipara kəndlərinin arasında yerləşir, SSRİ dövründə həmin kəndi Ermənistana verməklə Qazax rayonunun 7 kəndi Azərbaycanın əsas ərazilərindən ayrı düşərək eksklava çevrilmişdilər, sonradan həmin kəndlər işğal olundu.

Razılaşmaya görə Qazaxın bu 7 kəndi və Naxçıvanın Sədərək rayonunun Kərki kəndi hələ keçən ildən Azərbaycana təhvil verilməli idi. Görünür bu proseslərə də artıq start verilib”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code