Rus sərhədçiləri Əskipara kəndinə NİYƏ YERLƏŞİB? – Qazaxın yeddi kəndi ilə bağlı YENİ AÇIQLAMA

0
17

Son günlər Ermənistan mediasında Qazaxın yeddi kəndinin qaytarılmasına hazırlıq getdiyi barədə xəbərlər geniş yayılıb.

Yayılmış bu xəbərlərin həqiqəti nə qədər əks etdirdiyi barədə suallara cavab verən siyasi şərhçi Asif Nərimanlı Medonline.az-a bildirdi ki, bu məlumatları adətən Paşinyana müxalif olan media gündəmə gətiriib.

“Tavuş bölgəsinin qubernatorunun qardaşı, hakim partiyanın deputatı Vahe Qalumyan bildirir ki, “Tavuşda Ermənistanın nəzarətində olan Azərbaycan kəndləri var, düşünürəm ki, bu, həll edilməsi lazım olan problemdir”. Bildirim ki, rus sərhədçilərinin Tavuşda yerləşdirildiyi kənd diqqəti fərqli istiqamətə yönəldir: Voskepar – Qazaxın işğal altında qalan Əskipara kəndidir. Rus sərhədçilərinin bu kənddə yerləşməsinin əsas səbəbi kommunikasiyanın bərpası prosesində Rusiyanın prioritetləri ilə bağlı ola bilər. Paşinyanın deputatının sözləri də bu versiyanı gücləndirir”.

Asif Nərimanlı qeyd etdi ki, Qazaxın eksklav olan 3 kəndinin qaytarılması üçün dəhliz lazımdır və görünür, rus hərbçiləri bu dəhlizin təhlükəsizliyinə də nəzarət edə bilərlər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code