Dəyərli Ziyalımız Şamil Sabiroğlu – Təbrik edirik!

0
115

Bugün  Xocalı Soyqırımı haqqında Azərbaycan mətbuatına ilk və ən doğru məlumatı ötürən, Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az və Sabiroğlu.com saytlarının baş redaktoru,  “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”  yubiley medalının mükafatçısı, müharibə veteranı, öz peşəsini layiqincə və şərəflə yerinə yetirən dəyərli jurnalistimiz Şamil Sabir oğlu Ələkbərlinin doğum günüdür.

Azərbaycan Milli Azadlıq hərəkatının öncüllərindən olan, yüksək amallar uğrunda çalışan, milli əqidə uğrunda savaşan, ürəyi hər zaman milləti, xalqı üçün döyünən, öz həyatını bir kənara qoyub,  daima xalqının, köməyə  ehtiyacı olan hər kəsin köməyinə yetişən ziyalılardandır Şamil Sabiroğlu.

Biz də medonline.az və Sabiroğlu.com saytlarının kollektivi olaraq Şamil müəllimi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində  uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Yeni yaşınızın yeni-yeni layihələr və uğurlara atılan imzalarla yaddaşınıza yazılması diləyi ilə… 

Hörmətlə,

Könül Həsənli,

medonline.az saytının xüsusi müxbiri.

07.08.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code