Şəhid Ruslan Cəfərovun xatirəsi yad edildi!

0
92

2020-ci il sentyabrın 27-də başlanan və noyabrın 9-da başa çatan 44 günlük Vətən savaşının uğurla başa çatmasında zəhməti olan insanların arasında Qusar rayon sakinləri – Ruslan və Nurlan Mövlan oğlu Cəfərovların da zəhməti var. Bu savaşda Cəfərovlar ailəsinin 1oğlu –Ruslan şəhid, digəri-Nurlan isə qazi oldu. Bu günlərdə Qusarda şəhid Ruslan Cəfərovun doğum günü qeyd olundu. Mərasimdə rayon rəhbərliyi, həmçinin, ziyalılar, şəhidin doğmaları iştirak edirdi.

Tədbir iştirakçıları öncə şəhid Ruslan Cəfərovun məzarını ziyarət etdilər. Qusar rayonunun Köhnə Xudat kənd sakini, ilahiyyatçı Mikayıl Əhmədov şəhidin ruhuna dualar oxudu. Rayon İcra Hakimiyyətinin şöbə müdiri Turab Allahverdiyev, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qusar rayon şöbəsinin əməkdaşı, polkovnik-leytenant Müseyib İbrahimov, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, medonline.az və sabiroghlu.com saytlarının baş redaktoru, müharibə veteranı, jurnalist Şamil Sabiroğlu, medonline.az saytının Redaksiya Şurasının üzvü Kifayət Bayramova, şəhidin nənəsi Səhərnaz Eyvazova, bibisi Xurma İslamova və başqaları Ölkə Başçısı cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu döyüş əməliyyatlarından danışdılar. Çıxış edənlər qeyd etdilər ki, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən qayğı birbaşa cənab Prezidentin adı ilə bağlıdır.

Şəhidin anası Əzizə Cəfərova Ruslanın xatirəsini əziz tutanların hər birinə təşəkkür etdi.

Qeyd: I və II Vətən savaşında Qusar rayonunun 105 sakini şəhid olub.

 

Şamilə Samilqızı,

Könül Həsənli.

06.08.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code