“Əziz hökumət rəhbərlərimiz, son ümid yerim sizsiniz” – MÜRACİƏT

0
45

“Mən və 51 nəfər mənim vəziyyətimdə olan müəllimlərin köməyinə gəlin”

Qarabağ veteranı, MMP Tərtər rayon təşkilatının sədri, Kəlbəcər rayon 36 saylı tam orta məktəbin hərbi rəhbəri Allahverdiyev Qismət İman oğlu Baş Prakuror Kamran Əliyevə, Daxili işlər naziri Vilayət Eyvazova, Təhsil naziri Emin Əmirullayevə və Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevə müraciət edib.

Medonline.az xəbər verir ki, müraciətdə deyilir:

“Kəlbəcər rayon Təhsil şöbəsinin mühasibatlığı 01.02.2021 ci ildən bu gün 03.08.2021 ci ilə kimi bülletein pulumu hesablayıb DSMF yə müəyyən tamah ucbatından göndərmirlər. 7 ay özüm xəstə ola-ola, maaş almadan ailə dolandırmaq olar? Oğlum da vətən müharibəsinin iştirakçısıdır və hal-hazırda da döyüş bölgəsində hərbi xidmətini davam etdirir. 05.08.2021 ci il tarixdə də Kapital Banka 146 manat ödəməliyəm. Mən nə edim? Bu fərari, savadslz, rüşvətxor, dilənçi və quldur dəstəsi haqqında xahiş edirəm qanuni tədbir görəsiz.

Bu bülletein maxnasiyasının başında 8 saylı Gəncə Regional Təhsil İdarəsində Baş mühasib vəzifəsində çalışan İlhamə xanım dayanır. Bu cinayətkarın maaşı ilə sürdüyü maşının qiyməti bir-birinə tərs mütanasibdir.

Əziz hökumət rəhbərlərimiz, son ümid yerim sizsiniz. Mən nə edim? Məni 5 il 3 ay Qarabağ müharibəsində ermənilər sındıra bilmədi. Yaralandım, ac qaldım amma sınmadım. Ancaq Kəlbəcər təhsil şöbəsinin mühasibatlığında çalışan bu şərəf və şəxsiyyətini itirmişlər 7 aydır bizim ailəni borc və səfalət içində yaşadır.

Cənab Hüquqşünaslar, sizdən artıq dərəcədə xahiş edirəm, mən və 51 nəfər mənim kimi bülleteinlərin ala bilməyən ziyalı müəllimlərin köməyinə gəlin. Mənə deyirlər ki, əlim hara yuxarıdırsa ora qoyum. Mənim də son ümid yerim sizsiz”.

Şamil Sabiroğlu

Medonline.az

06.08.2021

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code