Tokio-2020: Firdovsi Fərzəliyev qalib gəldi

0
22

“Tokio-2020” Yay Olimpiya Oyunlarında karate yarışlarına start verilib.

Medonline.az xəbər verir ki, bu gün milli komandamızın üzvü Firdovsi Fərzəliyev (67 kq) mübarizəyə qoşulub. A qrupunda mübarizə aparan təmsilçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub.

Karateçimiz daha sonra Naoto Saqoya (Yaponiya) ilə üz-üzə gəlib. O, rəqibini 1:0 hesabı ilə məğlub edib. İdmançımız üçüncü görüşünü Darxan Assadılova (Qazaxıstan) qarşı keçirəcək.

Qeyd edək ki, Tokio Olimpiadasında ölkəmizi 3 karateçi təmsil edir. Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code