Hər 6 aydan bir təkrar peyvənd OLUNSUNLAR: Deltaya qarşı YENİ TƏKLİF

0
52

Rospotrebnadzor, hər altı ayda bir yeni COVID-19 ştammlarına qarşı yenidən peyvənd edilməsini tövsiyə edib.

Medonline.az xəbər verir ki, Rusiya istehlakçı hüquqlarının müdafiə üzrə qurum- Rospotrebnadzorun mətbuat xidmətindən RİA Novosti-yə bildirilib ki, COVID-19 əleyhinə peyvəndlərin koronavirusun delta növünə qarşı qoruyucu təsiri azalda bilər, buna görə də kifayət qədər qorunmaq üçün hər altı ayda bir təkrar peyvənd edilmək tövsiyə olunur.

“Hal-hazırda mövcud olan araşdırma və müşahidə nəticələri, COVID-19 əleyhinə peyvəndlərin delta variantına qarşı qoruyucu təsirinin azalda biləcəyini göstərir. Bu səbəbdən təlimatlar, yeni ştammlara qarşı kifayət qədər qorunma təmin etmək üçün hər altı ayda bir təkrar peyvənd edildiyini tələb edir”.

Qeyd edək ki, Rusiyanin bütün bölgələrində koronavirusa qarşı peyvənd işləri aparılır. Səhiyyə Nazirliyi 202 -ci ilin avqust ayında dünyanın ilk COVID -19 peyvəndini – “Sputnik” i qeydə alıb. Həmçinin Rusiyada koronavirus əleyhinə Rospotrebnadzorun “Vektor” mərkəzində “EpiVacCorona” və Rusiya Elmlər Akademiyasının Çumakov adına Mərkəz tərəfindən hazırlanmış “KoviVak” peyvəndinin də qeydiyyatı tamamlanıb. Mayın əvvəlində isə dördüncü yerli peyvənd “Sputnik Light”ın hazır olduğu məlum olub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code