“Həbib Həsənovla bağlı deyilənlər yalandır” – DANX-dan AÇIQLAMA

0
33

Bir neçə gündür Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevin Dövlət Avtomobil Nəqliyyat xidmətinin rəisi Həbib Həsənovu vəzifəsindən azad etməyə hazırlaşdığı ilə bağlı mediada xəbərlər yayılıb.

Mövzu ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sektor müdiri Nuridə Allahyarovaya müraciət etdik. Mətbuat katibi Medonline.az-a bildirdi ki, yayılan xəbərlər dezinformasiyadır.

“Bu xəbərlərin heç bir əsası yoxdur. DANX-ın rəisi Həbib Həsənov hazırda məzuniyyətdədir. O, məzuniyyət bitdikdən sonra işinin başına qayıdacaq. Həbib Həsənovun guya ki, vəzifədən azad ediləcəyi ilə bağlı xəbərlər şayiə xarakterlidir. Rəsmi mənbə olmadan belə əssasız xəbərlər yayanlara təəssüf edirəm…”

Qeyd edək ki, hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis əvəzi funksiyasını müvəqqəti olaraq, yeni təyin olunan rəis müavini Anar Rzayev yerinə yetirir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code