Şəhid Nurlan Qasımov – Unutmarıq, unutdurmarıq!

0
49

Həyatı

Nurlan Qasımov 1998-ci il iyunun 25-də Salyan rayonunun Marışlı kəndində anadan olub. 2014–2015-ci illərdə R. Qasımov adına Marışlı kənd tam orta məktəbində təhsil alıb. 2015–2016-cı illərdə isə 2 saylı Peşə Liseyində təhsil alıb. Subay idi.

Hərbi xidməti 💂🏻‍♀️

Nurlan Qasımov 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Nurlan Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Qasımov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Salyan rayonunun Marışlı kəndində dəfn olunub.

Təltifləri

🎖️— “Vətən uğrunda” medalı (ölümündən sonra)

🎖️— “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)

Ruhun şad olsun, Şəhidim 🥀🇦🇿

Könül Həsənli,

Ceyhunə Hüseynova

medonline.az

04.08.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code