​Eldəniz Səlimov: Səhv etmişəm, ÜZR İSTƏYİRƏM

0
12

Etdiyim hərəkətin yanlış olduğunun fərqində olmam da susmağımın səbəblərindən biridir. Bu səhvimə görə ilk növbədə Möhtərəm Prezident Cənab İlham Əliyevdən, mənə etimad göstərmiş YAP təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm.

Medonline.az  xəbər verir ki,  bu barədə Milli Məclisin deputatı Eldəniz Səlimov yaydığı açılqmada bildirib.

“Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, İstintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək”, – deyə deputat əlavə edib.

Xatırladaq ki, Milli Məclisinin deputatı Eldəniz Səlimovun iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın ilk iclasında deputatla bağlı məsələyə baxılacaq.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code