İçməli sularda hormon və antibiotik qalıqları aşkarlandı – Alimlər şokda

0
31
İri şəhər, paytaxtların içməli su ilə təchizatı bu gün qlobal problemlərdən biridir. İnsanlar kran sularına güvənmir, marketdən su alır, təbii su axtarır, lakin süfrəmizə gələn içməli suyun mənbəyi belə çox zaman kirlənmiş olur.
 
İçməli suda ağır metal, mikrob, duz, bakteriyalar, duzlar olması mümkündür. Lakin indi şəhər içməli sularında tibbi dərman preparatı qalıqları da aşkarlanır.
 
Bu o deməkdir ki, qidamız kimi suya da antibiotik və hormon sızıb.
 
Bu necə baş verir.
 
Medonline.az xəbər verir ki, rusiyalı mütəxəssislər içməli suya dərmanların necə qarışdığını açıqlayıb.
 
Bu preparatları insanlar qəbul edir və dərman qalıqları orqanizmdən sidiklə xaric olur. Təbii ki, bunlar kanalizasiya kollektorlarına düşür.
Kanalizasiyadan qrunt sularına bu qalıqlar keçir.
 
Antibiotiklərin mənbəyi isə tibb müəssisələrinin və firmaların dərmanları qeyri-leqal və düzgün olmayan şəkildə utilizasiyasıdır, şəhərlərdə qeyri-qanuni zibilliklər çoxdur.
 
Qrunt sularına təbiətdən başqa, insan əli ilə də kimyəvi və zərərli maddələr qarışır.
 
İçməli suda hansı dərmanlara çox rast gəlinə bilər:
 
– mikrob, göbələk əleyhinə dərmanlar, antibiotiklər
– Aspirin
– hormonal dərmanlar
– antidepressantlar
– kofein
 
Moskva şəhərində alimlər tərəfindən 2 il öncə aparılan araşdırma göstərdi ki, hətta müasir və yeni su təmizləmə avadanlıqları quraşdırılan su mənbələrində belə hormon, dərman izləri var. Deməli, təmizləmə cihazları da bu mikroskopik qalıqları tuta bilmir.
 
 
Ona görə şəhər sakinləri qəti şəkildə kran sularından içmək və qida üçün istifadə etməməlidir.
 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code