Gənc oğlan kovidə görə kor olacaqdı – Kuryoz olay

0
30
Gözlərin irinli iltihabı prosesi gənc braziliyanı az qala kor qoyacaqdı.
 
Medonline.az xəbər verir ki, koronavorus infeksiyası səbəbindən baş verən bu unikal tibbi hadisə barədə Braziliya, Paran Universitetinin üz-çənə cərrahları məlumat verib.
 
28 yaşlı yerli sakin yüngül formada kovid keçirdikdən 2 həftə sonra qəfildən halı pisləşib, baş və göz ağrıları başlayıb, bir gözü isə şişib.
 
O, xəstəxanaya müraciət edir və ona sinusit diaqnozu qoyurlar. Antibiotik müalicəsinə baxmayaraq, gəncin vəziyyəti ağırlaşırdı.
 
Bu zaman onu göz cərrahı Vinisus Almeydo qəbul edir. Şişdən və irindən bir göz tamamilə görünməz olmuşdu.
KT müayinə göz almasının arxasında maye və irin yığıldığını göstərir.
 
Halbuki gəncdə kovid zamanı heç bir pnevmoniya və bakterial infeksiya olmamışdı.
Pasiyentə göz almasının fleqmonası diaqnozu qoyulur.İrin gözlərə burun haymor ciblərindən yayılmışdı.
 
Pasiyent dərhal əməliyyata alınır və irin boşaldılır.
Bundan sonra göz şişi çəkilir.
 
Antibiotik terapiyadan sonra xəstə evə yazılıb.
 
2 həftəyə onun gözləri sağalıb.
 
Doktor Karvalo hesab edir ki, gənc pasiyentlərdə koviddən sonra sinusit, haymorit və fleqmona kimi əlavə bakterial ağırlaşma ola bilər.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code