Şəhid Fəxri Məmmədov – Unutmarıq, unutdurmarıq!

0
24

 

Həyatı

Fəxri Məmmədov 2000-ci il iyulun 27-də Bakı şəhərində anadan olub. Əslən Laçın rayonunun Şamkənd kəndindəndir. İlk təhsilini 2007-ci ildə Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə almışdır. 2016-cı ildə qəbul olduğu təhsil müəssisəsində kompyuter mühəndisliyi ixtisası üzrə təhsil almışdır. Fəxri Məmmədov musiqi ilə məşğul olmuş, gitara da ifa etməyi bacarırdı.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Fəxri Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir . Fəxri Məmmədov sentyabr ayının 27-də Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Təltifləri

•🎖️— “Vətən uğrunda” medalı (ölümündən sonra)

•🎖️ — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)

•🎖️— “Cəsur döyüşçü” medalı (ölümündən sonra)

•🎖️— “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra)


Allah rəhmət eləsin.

Könül Həsənli,

Ceyhunə Hüseynova

Medonline.az

30.07.2021

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code