Bakıda 2 yaşlı körpə milçək dərmanı içdi

0
27
Yay aylarında istifadə edilən ağcaqanad, milçək dərmanları uşaqlar üçün təhlükə mənbəyinə çevrilir. Müxtəlif qablarda olan bu kimyəvi vasitələri uşaqlar ələ keçirərək, şirin içki bilib içir.
 
 
Medonline.az xəbər verir ki, dünən 2 yaşlı körpə bu səbəbdən zəhərlənib.
 
Belə ki, Qaradağ rayonu Qobustan qəsəbəsində 2019-cu il təvəllüdlü Şirinxanım Cəbrayılova evdə ehtiyatsızlıqdan milçək dərmanı içib.
 
 
Ağır vəziyyətdə Toksikologiya şöbəsinə çatdırılan körpoənin həyatını son anda xilas etmək mümkün olub.
 
Valideynlər müxtəlif toksiki maddələri uşaqların əli çatan yerlərə qoymamalı, bu vasitələrin uşaqların əlinə keçməməsinə nəzarət etməlidir.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code