“Məhdudiyyətlər bizim yaşamağımız üçün yox, sürünməyimiz üçündür” – Məşhur həkim

0
49
Təxminən 7-8 il öncə Afrika dövlətlərinə səfər etdim. Səfərim Mozambik, Nigeriya, CAR kimi ölkələrə oldu. Onu da deyim ki, səfər həm də işimlə bağlı idi, o zonaların bitki örtüyünü öyrənirdik.
 
Orada maraqlı bir hadisə gördüm. Gördüm ki, torpaqların hardasa 20 faizi əkilir, qalan hissələr isə əkilmir. Səbəbini soruşduqda dedilər ki, əkməyə ehtiyac yoxdur, çünki ora nə əkiriksə götürə biləcəyimiz məhsul qədər Avropa dövlətləri bizə məhsul verir. Ona görə də əkmirik. Dedim bəs, sizlər toxum əkəndə o məhsulu verirlərmi? Dedilər ki, xeyr vermirlər.
 
 
Medonline.az xəbər verir ki, məşhur naturopat həkim Füzuli Hüseynov koronavirus və pandemiya tədbirlərinin arxasında qurulan oyunlar və məqsədlər barədə öz fikirlərini bildiirb.
 
 
“Deməli, Avropa istəyir ki, Afrika bunlardan daima asılı yaşasın. İstəyəndə dinlərini təbliğ edirlər, istəyəndə sərvətlərini talayırlar, istəyəndə insanları ucuz işçi kimi işlədirlər.
 
Gördünüzmü oxşarlığı? Koronada da bizləri evdə oturtdular, iş yerlərini bağladılar. Nəticədə insanlar daha da səfilləşdilər. Deməli, məqsəd insanların aclığından istifadə edərək onları idarə etməkdir. Daha sonra nə oldu? Deməli bizlər daha çox inkişaf etmiş dövlətlərin məhsullarını almağa başladıq, çünki bizdə istehsal dayanmışdı. Onların dövlət büdcələri həmin müəssisələrdən gələn gəlir hesabına şişdi, bizlərinki azaldı. Sonda məqsəd bizləri daha sözəbaxan və ələbaxan olmağa məcbur etməkdir.
 
 
Məncə bu kimi çirkin məqsədi dövlətimiz anlamamış deyil, son qərarlarda istehsal müəssisələrinin bağlanmasını görmədik.
 
Deməli, məhdudiyyətlər bizim yaşamağımız üçün deyil sürünməyimiz üçünmüş. Əks təqdirdə Belarusiya çoxdan məhv olmuşdu çünki məhdudiyyətləri tətbiq etmədi”.
 
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code