Sumqayıtda ana altı aylıq körpəsindən imtina etdi

0
16
Sumqayıtda anası tərəfindən atılan altı aylıq körpənin vəziyyəti açıqlanıb.
 
Sumqayıt şəhər Uşaq Xəstəxanasından Oxu.Az-a bildirilib ki, altı aylıq körpə babasının Sumqayıt şəhər Təcili Tibbi Yardım stansiyasının çağırışı əsasında xəstəxanaya gətirilib:
 
 
“Uşaqda heç bir xəstəlik aşkar edilməyib. Tam sağlam uşaqdır, sadəcə qulluğa ehtiyac var. Hazırda körpə Sumqayıt şəhər Uşaq xəstəxanasında həkim nəzarətindədir, qulluq edilir” – deyə həkimlər bildirib.
 
Qeyd edək ki, Sumqayıt şəhər sakini altı aylıq oğlundan imtina edərək körpəni ata və anasının yaşadığı ünvana qoyaraq gedib.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code