Prezidentlər arasında Qarabağ müzakirəsi

0
23

İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Vladimir Putinlə görüşü keçirilib.

 

medonline.az Rusiya mətbuatına xəbər verir ki, görüş zamanı başlıca müzakirə mövzularından biri Qarabağ məsələsi olub.

 

V.V. Putin Azərbaycan Prezidentinə məsələnin həlli ilə bağlı kompromis variantların tapıldığı üçün təşəkkürünü bildirib:

 

“Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, – biz hamımız isə bunu istəyirik, – onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”.

 

Azərbaycan Prezidenti İlham Əliyev isə qeyd edib: 

 

“Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code