​AQSİA-dan Milli Mətbuatın 146 illiyi ilə bağlı TƏDBİR – FOTO

0
44

Azərbaycan Qadın Sahibkarları İnkişafı Asossiasiyası (AQSİA) 22 İyul – Milli Mətbuatın 146 illiyi münasibətilə media nümayəndələrinin iştirakı ilə tədbir təşkil edib.

Medonline.az xəbər verir ki, AQSİA İdarə Heyətinin üzvü, İcraçı katibi Mətanət Ağamirlinin təşkilatçılığı ilə düzənlənən tədbirdə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının üzvləri, sahibkar xanımlar, media rəhbərləri və tanınmış jurnalistlər iştirak edib.

Azərbaycan Qadın Sahibkarları İnkişafı Asossiasiyasının sədri, Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

Tədbirdə həmçinin Azərbaycan Qadın Sahibkarları İnkişafı Asossiasiyasının İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru Afət Həsənova, “FFF+N” istehsal şirkətinin rəhbəri, “Tərəqqi” medallı Tacirə İslamova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının və Avropa Təbii Elmlər Akademiyasının üzvü, ixtisasca mama-ginekoloq, “Ailə həkimi” klinikasının sahibi Firəngiz Rüstəmova, Usaq İnkisaf Mərkəzinin rəhbəri Aynur Musayeva, həmçinin jurnalistlər və media qurumlarının rəhbərləri çıxış ediblər. AQSİA-nın üzvləri olan sahibkar xanımlar jurnalistlərin fəaliyyətini, əməyini, dövlət və xalq yolundakı fədakarlıqlarını yüksək qiymətləndirərək peşə bayramlarını təbrik ediblər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code