Şamil Sabiroğlu: Halal haqqım olan mənzillə təmin olunmaq istəyirəm!

0
51

Müsahibimiz  Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az və sabiroghlu.com saytlarının baş redaktoru, müharibə veteranı Şamil Sabiroğludur.

-Şamil müəllim, xoş gördük Sizi. Mümkünsə, oxuculara ömür yolunuz barədə qısa məlumat verin.

-Mən 1965- ci il avqustun 7-də Salyan rayonunda doğulmuşam. Ali təhsilli jurnalistəm. Uşaq yaşlarından arzum jurnalist olmaq idi. Yuxarıda Uca Allah, aşağıda isə valideyn və müəllimlərim mənim zəhmətimi qiymətləndirdilər, dəyər verdilər. Mən  6-cı sinifdə təhsil alarkən Azərbaycan mətbuatında kiçik həcmli məqalələrlə çıxış edirdim. “Azərbaycan gəncləri”, “Sovet kəndi” qəzetlətində, “Azərbaycan pioneri” qəzetlərində mütəmadi  çap olunurdum. Müsahibələr hazırlayırdım. Nümunəvi davranış və çəkdiyim zəhmətə görə, təhsil aldığım məktəbdə, insanlar arasında hörmətim var idi. Ali təhsil aldıqdan sonra sənətimi davam etdirdim. Müxtəlif dövri orqanlarda çalışdım. 2007-ci ildə  “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyini yaratdım, və bu Təşkilatın nəzdində “Ana harayı”  adlı qəzet redaksiyasını, “Ana harayı” adlı Xalq Teatrını yaratdım. Uzun müddət televiziya kanallarında, radioda əməkdaşlıq etmişəm. Azərbaycan milli televizyasında  və digər kanallarda bəzi verilişlərin aparıcısı və iştirakçısı olmuşam.


-Siz, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı barədə ölkə mətbuatında ilk həqiqi xəbəri verən jurnalistsiz. Siz, həm də erməni terrorçularının törətdikləri bir çox vəhşiliklərin şahidisiz. Xahiş edirik, o günlərə nəzər salaq.

-1988-ci ilin fevralında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzə başladı. Öncə Dağlıq Qarabağ Muxtar vilayətinin Əsgəran və Xankəndi şəhərlərində mitinqlər, küçə yürüşləri keçirildi və “Ermənistana  birləşmmək!” şüarı altında Azərbaycana qarşı təzyiq göstərməyə başladılar. İlk növbədə indiki Ermənistandan azərbaycanlı soydaşlarımız zorla çıxarıldı. Başlarına  müsibətlər gətirildi. Mən o zaman Bakıda yaşayır və  işləyirdim. Rahat dayana bilmədim. 1988-ci ilin noyabr ayında Bakıda başlanan Azərbaycan Milli Azadlıq hərəkatına qoşuldum və fəal kimi Dağlıq Qarabağa getmək istədiyimi bildirdim. 1989-cu ildə artıq mən, Dağlıq Qarabağa, daha doğrusu desək Ermənistanla həmsərhəd bölgə hesab edilən Laçına getmişdim. Laçının “Qayğı” qəsəbəsinin inşa və müdafiə işlərində iştirak elədim. 1990-cı ilin qanlı yanvar faciəsindən  sonra Xocalı şəhərinə gəldim. Xocalıda tikinti, abadılıq işlərində iştirak etməyə başladım. 1990-cı ilin sonunda Xocalıya şəhər(rayon) statusu verilmişdi.  Xocalı yenidən qurulurdu  və böyük işlər görülürdü. Amma Xocalının müdafiəsi arxa plana keçirilmişdi. Mən, həm “ İki sahil”  qəzeti, həmdə ki, “Səhər” gündəlik informasiya qəzeti Redaksiyası ilə əməkdaşlıq edirdim və bütün yazılarımda Qarabağda gedən proseslər,  Qarabağda olan hadisələr haqqında məlumatlar verirdim. 1991-ci il  noyabr ayının 1-dən  etibarən  Xocalıya gedən yol bağlanmışdı. Ümid ancaq hava nəqliyyatına qalmışdı. Yəni Ermənistan Silahlı Qüvvələri və onların havadarları,  Əsgəran qalası deyilən bir ərazidə, magistral yol kəmərini beton dirəklərlə bağlamışdılar, yol bağlı idi. Beləcə  1992-ci il yanvar ayının 28-də Ağdamdan Şuşaya uçan və içərisində 43 nəfər sərnişin olan “Mi- 8” markalı vertalyot partladıldı. 1992-ci il fevralın 13-də Xocalıya azda olsa ərzaq  vəsaiti çatdırıldı. Bundan sonra hava nəqliyyatı ilə əlaqə kəsildi. Beləcə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı keçirildi. Bu soyqırım mənim gözlərimin önündə baş verib. Soyqırımda günahsız insanlar həlak oldu. Mülki insanlar qətlə yetirildi. Xocalı soyqırımında əli günahsız insanların qanlarına batmış Ermənistanın keçmiş prezidenti  Serj Sarkisyan demişdir: “Azərbaycan xalqı elə bilirdi ki, biz (yəni ermənilər), mülki əhaliyə atəş açmarıq. Xocalı soyqırımı zamanı biz bu  steortipi dağıtdıq”.

-Şamil müəllim, rəhbərlik etdiyiniz Təşkilat 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Son 14 il ərzində məlum soyqırımın tanıdılması ilə əlaqədar hansı işləri görmüsünüz?

-Xocalı qoyqırımı haqqında ilk məlumatı verən jurnalistəm.  Yəni, 1992-ci ilin fevral ayının 27-də,  işlədiyim “Səhər” gündəlik-informsiya qəzetində bu barədə ilk həqiqi məlumatı vermişəm. O zaman əksər mətbu orqanlarda belə bir məlumat dərc olunurdu:”…Xocalıda cəmi 2 nəfər şəhid olub.”

“Xocalı bizdədir” və s. Bunları Sizə deməkdə məqsədim odur ki, mən o vaxtlardan bu işlərlə məşğul olmuşam. 2007-ci ildə “Xocalı Soyqırımını Tanıtma” ictimai  birliyini yaratdım. Onun rəhbəri seçildim. Biz, Qarabağ faciəsi və Xocalı soyqırımını tanıtmadan ötrü həm təhsil müəssisələrində,  həm xarici ölkələrdə tədbirlər keçirməyə başladıq.  Təşkilatımızın bəzi üzvləri  Türkiyədə, Rusiyada, Ukranyada, İtalyada, Amerikada tədbirlər keçiriblər.  Keçirilən tədbirlərdə iştirak ediblər. Harda olmuşuqsa,  Xocalı soyqırımının, Azərbaycan həqiqətlərinin tanıtması üçün, əlimizdən gələnləri əsirgəməmişik. Təşkilatımızın 1.500 nəfər üzvü var. Təəssüflər olsun ki, dəfələrlə müraciət etməyimizə baxmayaraq  hələ də daimi ofislə təmin edilməmişik.

-Siz həm də medonline.az və sabiroghlu.com saytlarının baş redaktorusuz. Rəhbərlik etdiyiniz saytlarda hansı yeniliklər var?

-Mənim rəhbərliyim altında medonline.az və sabiroghlu.az saytları fəaliyyət göstərir. Sayıtın cəmi 4 nəfər əməkdaşı var. Amma fəaliyyət dairəsi genişdir.  İnşallah sentyabr ayından  etibarən sayıtların əhatə dairəsini genişləndirməyə çalışacam. medonline.az  sayıtının internet televizyası fəaliyyət göstərir. Medonline.az instaqram səhifəmiz, Medonline facebook səhifəmiz var. Bu günlərdə  Sabiroghlu Beynəlxalq Media Agentliyini, “Shamil Sabiroghlu” MMC-ni yaratmaq haqqında düşünürəm. Fikirləşirəm ki, bu işi beynəlxalq səviyyədə uğurla davam etdirməliyik. Və təbii ki, bunun üçün böyük bir maliyə imkanları lazımdır. Məndə çalışıram ki, əlaqələrimdən istifadə edim.  Sayıtın əlaqələrini genişləndirim İnşallah.

-Dövlət Başçısının müvafiq Sərəncamlarına əsasən Kütləvi İnformasiya Vasitələrin əməkdaşları üçün Bakının Bayıl qəsəbəsində çoxmərtəbəli binalar inşa edilib. Həmin binalardan birində Sizin hazır yaşayış sahəsi ilə təmin edilməyiniz üçün tapşırıq verilmişdi. Tapşırığın icra edilməməsinə səbəb nədir?

-Dövlət Başçısı Cənab İlham Əliyevin tapşırıqına əsasən, Bakının Səbail rayonu ərazisində jurnalistlər üçün hündürmərtəbəli bina və mənzillər tikilib. O binalarda bir çox mənzillər jurnalistlərə paylanıb.
Həmin binaların birində mən də mənzil almalıydım. Yəni halal haqqım olan evi almalıydım. Çünki mən həm müharibə veteranıyam, həm jurnalistəm. Və eyni zamanda dövlətin mənə 1992-ci ildə Binəqədi rayonunda verdiyi evi şəhid ailəsinə təhvil vermişəm. 1992-ci ildə halal haqqım olan jurnalist kimi qazandığım pul mükafatını şəhid ailəsinə vermişəm. Bəli, mən  Vətəni və torpağı yolunda canını qurban verən oğullardan biriyəm. Lakin, həm 2013-ci ildə, həm 2017-ci ildə  saxtakarlıq baş verdi. Halal haqqım olan mənzili başqasına verdilər. Bu gün də o adam öz evi ola- ola  həmin evdə yaşıyır.  Mən bilirəm ki, Dövlət Başçısının tapşırıqı altında bu məsələlər araşdırılır,  saxtakarlığa rəvac verənlərin bəziləri artıq həbs olunub. Mən əminəm ki, ədalət bərpa olunacaq. 2021-ci ildə cənab Prezidentin rəhbərliyi altında jurnalistlərə mənzillər paylananda məndə öz haqqım olan mənzilimi alacam.

-Şamil müəllim, Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən Siz 2010-cu ildə “Tərəqqi” medalına, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülmüsünüz. Mümkünsə, bu barədə də danışardız.

-Bəli, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2 mükafata layiq görülmüşəm. Bir neçə qeyri -hökümət təşkilatı tərəfindən müxtəlif medallar almışam. Bundan başqa biz mütamadi olaraq,ön cəbhədəki müxtəlif hərbi hissələrə, döyüş bölgələrinə mütamadi gedir, şəxsi heyət qarşısında maraqlı tədbirlər keçiririk. Hərbi hissə rəhbərləri tərəfindən mənə müxtəlif hədiyyələr verilib, fəxri fərmanlar verilib. Xarici ölkələrdə səfərdə olmuşam. Həmin ölkələrdə də mənə xüsusi təşəkkürnamələr təqdim olunub. Mən təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevvə Ölkənin Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Yeri gəlmişkən deyim ki, Cənab Prezidentin nümayəndələri Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bizim işlərimizi daim qiymətləndirib.

                              Maraqlı müsahibə üçün çox sağ olun.
                                    Hazırladılar:
                                 Könül Həsənli,
                                 Gülyaz Həsənli.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code