“Yeni Klinika”da vətəndaşlar randevu sistemindən istifadə etmədən vaksinasiyadan keçə bilirlər

0
23

Azərbaycanda vaksinasiya prosesi uğurla davam edir, bu prosesdə 4 növ peyvənddən -“Vaxzevria”, “CoronaVac”, “Pfizer”, “Sputnic-V”dən istifadə olunur. Vətəndaşlar randevu sistemindən istifadə etməklə peyvəndlənə bilirlər.

Lakin ilk dəfə olaraq “Yeni Klinika” tibb müəssisəsində vətəndaşlar onlayn randevu sistemindən istifadə etmədən orada yaradılan tibb məntəqəsinə yaxınlaşaraq canlı növbə əsasında peyvəndləmə prosesində iştirak edə bilərlər. Randevusuz peyvəndlənməyə vətəndaşlar arasında maraq çox yüksəkdir. Artıq ikinci gündür ki, randevu sistemi olmadan vətəndaşlar canlı növbə əsasında vaksinasiyadan keçirlər.

 

Medonline.az xəbər verir ki, bunu TƏBİB-in əməkdaşı Elnarə Baxış deyib.

Onun sözlərinə görə, əhali arasında peyvəndlərə marağın və tələbatın artdığı nəzərə alınaraq “Yeni Klinika” tibb müəssisəsində “Pfizer” və “CoronaVac” vaksinlərinin vurulmasına başlanılıb: “Tibb məntəqəsi həftənin 5 günü saat 09:00-dan 16:00-dək fəaliyyətdədir. Vətəndaşlar “Yeni Klinika”ya gələrək canlı növbə əsasında vaksinasiya prosesində iştirak edə bilərlər.

Bundan əlavə, TƏBİB-in təşkilatçılığı ilə aprelin 2-dən səyyar briqadalar fəaliyyət göstərir. İndiyədək 100-dən çox özəl və dövlət qurumlarından daxil olan müraciətlərə əsasən səyyar vaksinasiya prosesi təşkil olunub. Səyyar briqadaların köməyi ilə 9 mindən çox vətəndaş vaksinasiya prosesində iştirak edib. Onların 3 mindən çoxu birinci dozanı, 6 mindən çoxu isə 2-ci dozanı qəbul edib”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code