Türk iş adamı azərbaycanlı generalı MƏHKƏMƏYƏ VERDİ

0
36
Türkiyəli iş adamı Oba Ali Serdar Azərbaycanın yüksək vəzifəli məmurunu məhkəməyə verib. 
 
Medonline.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, Oba Ali Serdar Fahri oğlu Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, general-leytenant Şahin Nəbiyevlə bağlı məhkəməyə şikayət edib.  
 
İnzibati orqanların aktları və hərəkətləri ilə bağlı işə Naxçıvan Ali Məhkəməsində baxılacaq. 
 
Qeyd edək ki, 2016-cı ilin mart ayında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq əmri ilə Şahin Nəbiyev Muxtar Respublikanın Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code