Hər qarnı ağrıyanın Deltaya yoluxmasını demək olmaz – Professordan ETİRAZ

0
10

“Hazırda insanların beyninə yeridilir ki, guya “Delta” və “Delta-plyus” ştammları kəskin mədə-bağırsaq pozğunluğu və diareya törədir və bu əlamətlər kimdəsə müşahidə olunarsa, ilk növbədə koronavirusdan şübhələnsin”.

 
Medonline.az xəbər verir, tibb elmləri doktoru, professor Musa Qəniyev insanları əlamətlərlə qorxutmağa qarşı çıxıb.
 
 
“O cümlədən, biri dənizdə çiməndə qarnına duzlu su gedir, o biri yağlı yemək yeyir və günün altında çox qalır, digəri “slitirli”, yəni tərkibində “nitrat” çox olan qarpız yeyir və nəticədə qarın ağrısı yaranır.
 
Yaxud biri yeməyini qarışdırır və ya yuyulmamış göyərti yeyir və el dilində deyildiyi kimi “panos” olur. Bunları “Delta” və “Delta-plyus” ştammları ilə əlaqələndirmək sadəcə gülüncdür. Axı mədə-bağırsaq pozğunluğunda bu ştammların demək olar ki, heç bir rolu yoxdur. Hətta olsa belə, bu yalnız sıfır üstü faiz nisbətindədir. Bütün bu hallarda baş verən kəskin mədə-bağırsaq pozğunluğu və diareya, yalnız orqanizmin özünüqoruma, yəni kompensator müdafiə reaksiyasıdır”.
 
Mütəxəssis qeyd edib ki, insanlar mədə-bağırsaq pozğunluğu və ya diareya zamanı “Delta”ya yoluxduğunu zənn etməsin.
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code