​“Buta” klinikasından özbaşınalıq: FHN-i də saymır… – VİDEO

0
19

Azərbaycanda qanunvericiliyə görə tibb müəssisəsi yaşayış məntəqəsindən 18-20 metr aralıda yerləşməlidir. Lakin paytaxtın Nərimanov ərazisində, Koroğlu Rəhimov küçəsi 12-də yerləşən “Buta” klinikası bu tələbə məhəl qoymur.

Medonline.az xəbər verir ki, Reportyor.info-ya danışan vətəndaş Aybəniz Əliyevanın sözlərinə görə, klinika onun şəxsi mülkiyyətinə birləşib.

Şikayətçi bununla bağlı dəfələrlə müxtəlif qurumlara müraciət etsə də, nəticəsi olmayıb.

O, klinikada oksigen balonları yerləşdiyini bildirir və bu da, təhlükə mənbəyidir. Vətəndaş tələb edir ki, klinika onun evindən aralıya köçürülsün.

Onun sözlərinə görə, hətta bir dəfə evini su basıb, indi də divarlar çat verir və klinika rəhbərliyi qanunu pozmaqda davam edir.

Fövqəladə Hallar Nazirliyi məsələ ilə bağlı akt tərtib edərək klinika tərəfindən qanunun tələblərinin pozulduğunu təsdiqləsə də, lakin heç bir praktik nəticə olmayıb.

Həmçinin, Aybəniz Əliyeva Prezident Administrasiyasına, Nərimanov İH-ə şikayət etsə də, vəziyyət dəyişməyib.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code